IQNA

Rusiya İslam İnstitutunda İslam Elmləri və Ərəb Dili Olimpiadası keçirilib

10:33 - November 19, 2024
Xəbər sayı: 3497079
İQNA - Rusiya İslam İnstitutunda İslam dünyasının müxtəlif ölkələrindən olan tələbələrin iştirakı ilə İslam elmləri və ərəb dilinin müxtəlif sahələri üzrə təşkil olunan 17-ci Beynəlxalq Olimpiada keçirilib.

İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu il noyabrın 13-14-də Kazanda keçirilən müsabiqədə müxtəlif ölkələrin, o cümlədən BRİKS ölkələrinin İslam universitetlərində təhsil alan 23 yaşınadək bakalavr tələbələri iştirak ediblər.
Bu olimpiada 2008-ci ildən İslam elmləri və ərəb dili sahəsində istedadlı tələbələri üzə çıxarmaq məqsədilə keçirilir. Bu il İran, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, Qazaxıstan, Hindistan, Qırğızıstan, Türkiyə, Tacikistan və İndoneziyadan nümayəndələr iştirak ediblər.
Tatarıstan Respublikası Müsəlmanları Dini İdarəsi, Müftilər Şurası və Tatarıstan Elmlər Akademiyasının nəzarəti altında fəaliyyət göstərən Rusiya İslam İnstitutu İslam elmləri və ilahiyyat sahəsində 25 illik təcrübəyə malikdir.
Rusiya İslam İnstitutunun tələbələri hər il İslam elmləri, ilahiyyat, dilçilik və jurnalistikanın müxtəlif sahələri üzrə məzun olub, Rusiyada və digər ölkələrdə İslam və dini qurumlarda xidmət göstərirlər.
Bu il İran nümayəndə heyətinə, Baqirul-Ulum Universitetindən ustad Məsud Muinipur və Dinlər və Təriqətlər Universitetindən ustad Mahmud Veysi, həmçinin İmam Sadiq Universiteti və Dinlər və Məzhəblər Universitetini müxtəlif elm sahələrini təmsil edən dörd tələbə daxil idi.
4248488

Teqlər: rusiya ، olimpiyada ، kazan ، İslam
captcha