IQNA

Qəzzada şəhidlərin sayı 44 min 249-a yüksəlib

2:05 - November 27, 2024
Xəbər sayı: 3497132
İQNA - Sionist İsrailin soyqırım törətdiyi Qəzzada fələstinli şəhidlərin sayı 44 min 249-a yüksəlib.

Qəzzada şəhid olanların sayı 44 min 249-a yüksəlib. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada sionist İsrailin 417 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib.

Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda soyqırım törədən İsrail ordusunun həyata keçirdiyi “3 qətliam”da 14 nəfərin şəhid olduğu, 108 nəfərin yaralandığı bildirilib.

İsrail rejiminin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda fələstinli şəhidlərin sayının 44 min 249-a, yaralıların sayının isə 104 min 746-ya yüksəldiyi qeyd edilib.

captcha