"Somoynews" saytının verdiyi xəbərə görə, Lakşmipur şəhərində yaşayan səkkiz yaşlı Faruq normalda iki-üç il vaxt tələb edən Quran əzbərləmə prosesini qısa müddətdə həyata keçirib.
Müəllimləri Faruqun adi bir şagird olduğunu, keçən ilin sentyabr ayında Quranı əzbərləməyə başladığını, günortadan sonralarını oyun əvəzinə Quran oxumağa həsr etdiyini və əzmkarlıqla həmyaşıdlarından fərqləndiyini bildiriblər.
Məktəbin direktoru Mövlana Şəhadət Hüseyn Cəmil deyib: “Bu, Allahın xüsusi bir lütfüdür. Bu qədər qısa müddətdə bütün Quranı əzbərləmək asan iş deyil. Faruq həm özü, həm də məktəbimiz üçün şərəf qazandırdı.”
Banqladeş Cənubi Asiyada yerləşən bir ölkədir və Myanma və Hindistanla sərhədlərə malikdir. Rəsmi dili Benqaldır, əhalisinin 90 faizi müsəlmandır. Paytaxtı Dəkkədir.
Banqladeşdə yüzlərlə Quran əzbərləmə mərkəzi və dini məktəb mövcuddur. Ölkədə Quranın tilavəti, əzbərlənməsi və Quran elmləri tədrisinə xüsusi əhəmiyyət verilir.
4251192