Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Günü, ikinci il ardıcıl olaraq Qəzzanın hələ də sionist rejimin hərbi hücumları altında olduğu bir vaxtda qeyd olundu.
Beynəlxalq Həmrəylik Günü beynəlxalq ictimaiyyətə Fələstin probleminin hələ də həll olunmadığını və Fələstin xalqının BMT Baş Assambleyası tərəfindən müəyyən edilən dəyişdirilə bilməz hüquqlarını (xarici müdaxilə olmadan öz müqəddəratını təyin etmək hüququ, milli müstəqillik və suverenlik hüququ, məcburi köçkün düşdükləri evlərinə və mülklərinə qayıtmaq hüququ) hələ də əldə etmədiyini xatırlatmaq məqsədi daşıyır.
Beynəlxalq Həmrəylik Gününü qeyd etmək münasibətilə hər il BMT-də Fələstin nümayəndəliyi və üzv dövlətlərin əməkdaşlığı ilə Fələstin hüquqlarına dair bir sərgi təşkil olunur.
Bu il Birləşmiş Millətlərdə “Fələstin: Qəzzadakı Humanitar Böhran” adlı sərgi keçirildi.
Beynəlxalq ictimaiyyətin Fələstin problemini ədalətli şəkildə həll etməkdəki uğursuzluğuna baxmayaraq, Fələstin xalqı ilə həmrəylik mülki cəmiyyət, aktivistlər və dünyanın hər yerindəki beynəlxalq hərəkatlar tərəfindən davamlı və yüksək səslə həm sözlə, həm də əməli şəkildə ifadə olunmuşdur.
Dünyanın müxtəlif yerlərində mülki aktivistlər Qəzzadakı mühasirənin sona çatması üçün kütləvi kampaniyalar təşkil edərək Fələstinə dəstək göstərməyə çalışdılar.
Fələstinin azadlıq mübarizəsinin dəstəkçiləri üçün Fələstin xalqı ilə həmrəylik ildə bir dəfə vurğulanan və ya səsləndirilən bir məsələ deyil. Həmrəylik gündəlik həyatda da hər gün yaşanır. Bu gün, həmçinin fərqindəliyi artırmaq və Fələstin xalqı ilə necə həmrəylik nümayiş etdirəcəyimizi düşünmək üçün bir fürsət ola bilər.
4251200