IQNA

Qəzzədə həyatını itirənlərin sayı 44 min 612-yə çatdı

15:57 - December 07, 2024
Xəbər sayı: 3497197
İQNA - Sionist rejimin Qəzza Zolağına hücumlarında həyatını itirənlərin sayı son 24 saatda 32 nəfər artaraq 44 min 612-yə yüksəlib.

Qəzzədəki Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, sionist İsrailin Qəzza Zolağına 216 gündür davam edən hücumlarına dair məlumat verilib.

Açıqlamada, işğalçı İsrail qüvvələrinin son 24 saatda Qəzzənin müxtəlif bölgələrinə hücumlar zamanı 4 qətliam törətdiyi, bu hücumlarda 60 fələstinlinin şəhid olduğu və 110 nəfərin yaralandığı bildirilib.

Məlumatda, sionist İsrailin 7 oktyabrdan etibarən Qəzza Zolağına təşkil etdiyi hücumlarda şəhid olanların sayısının 34 min 904-ə, yaralıların sayısının isə 78 min 514-ə yüksəldiyi qeyd edilib.

Bundan əlavə, açıqlamada hələ də dağıntılar altında və yol kənarlarında cəsədlərin qaldığı, lakin İsrail qüvvələrinin maneələri səbəbindən tibbi qruplar və mülki müdafiə əməkdaşlarının cəsədlərə çıxarda bilmədiyi vurğulanıb.

captcha