Bu yarışlar Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin himayəsi və Misirin Vəqflər naziri Usamə Əl-Əzhərinin nəzarəti altında təşkil olunur və 7-10 dekabr 2024-cü il tarixləri arasında keçiriləcək.
Yarışlarda 60 ölkədən 100-dən çox iştirakçı və münsiflər heyəti iştirak edir.
Misirin İslam Məsələləri üzrə Ali Şurası müsabiqələr çərçivəsində ilk dəfə olaraq kitab sərgisi təşkil edir. Bu sərgi iştirakçılara və ictimaiyyətə dini və mədəni nəşrlərin təbliği üçün imkanlar yaratmaqla insani dini dəyərləri maarifləndirmək və möhkəmləndirmək məqsədi ilə keçirilir.
Misir Vəqflər Nazirliyinin alimi Usamə Əl-Cundi Misirdə keçirilən builki Quran yarışlarında dünyanın müxtəlif qitələrindən 60-dan çox ölkənin qatıldığını və internetdə aparılan ilkin qiymətləndirmələr nəticəsində 141 nəfərin iştirak etmək üçün seçildiyini bildirib..
Usamə Əl-Cundi, bu il müsabiqələrin müxtəlif sahələrində ən yüksək dərəcə alanlara cəmi 11 milyon Misir juneyhi dəyərində pul mükafatının veriləcəyini bildirdi.
Əl-Cundi bu il yarışlara yeni bir kateqoriyanın, yəni "Quran tərcümələri" bölməsinin əlavə edildiyini və Qurani-Kərimi ərəb və digər dillərdə oxuyub tərcümə edə bilən iştirakçılara özlərini göstərmək imkanı təqdim edəcəyini açıqlayıb.
Bu misirli alim bu müsabiqənin Misir Vəqflər Nazirliyinin Qurani-Kərimin dünyada yayılması və Misirin Quran sahəsindəki mövqeyini dəstəkləmək üçün göstərdiyi səyləri nümayiş etdirdiyini vurğuladı.
4252754