"Daily-Bangladesh" saytının verdiyi məlumata görə, hökumətin Dini İşlər Müşaviri Xalid Hüseyn Banqladeşin Quran diyarı olduğunu və bu ölkədə yetişən Quran hafizləri üçün məscid sayını mümkün qədər artırmağa çalışdıqlarını bildirib.
O, həmçinin Banqladeşin bütün bölgələrində 564 nümunəvi məscid və İslam mədəniyyət mərkəzinin tikintisi layihəsinin davam etdiyini vurğulayıb.
Hüseyn bu günə qədər 300 nümunəvi məscidin istifadəyə verildiyini diqqətə çatdırıb.
Dəkkə hökuməti dini harmoniya və sülhü təmin etmək, ifratçı Vəhabi qrupların məscidlərə qarşı hücumlarının qarşısını almaq məqsədilə sülh və dözümlülük mesajçısı kimi nümunəvi məscidlər inşa etməyi planlaşdırır.
Banqladeşdə 564 nümunəvi məscid inşası layihəsi çərçivəsində hər biri 2,360 kvadratmetr infrastruktura malik 69 dördmərtəbəli lifti olan məscid, 1,680 kvadratmetr infrastruktura malik 475 məscid və 2,522 kvadratmetr infrastruktura malik 16 məscid yer alır.
4256615