"Əl-Xəliciyyun" internet saytının verdiyi xəbərə görə, televiziyada açıqlama verən Əl-Əzhari Qurani-Kərimin bəzi ayələrini təhrif edən tətbiqlərə etibar edilməməsi lazım olduğunu vurğulayaraq, belə platformaların mənbəyinin araşdırılmasının lazım olduğunu bildirib.
Din alimi istifadəçiləri Quranın düzgünlüyünə etibar edə bilmələri üçün əl-Əzhər kimi böyük mərkəzlər tərəfindən təsdiq edilmiş etibarlı mənbələrdən Quran proqramlarını yükləməyə çağırıb.
Əl-Əzhari Quranın təhrifdən qorunması üçün müxtəlif dövrlərdə çox səy göstərildiyini və bu səylərin bugünkü rəqəmsal əsrdə davam etməsi lazım olduğunu vurğulayıb.
O, həmçinin İslam şəriətinə zidd fətva verən bəzi tətbiqlərin risk yaratdığını bildirərək insanlara fətvaları yalnız internetdə asanlıqla əldə oluna bilən rəsmi mənbələrdən almağı tövsiyə edib.
Dini mövzularda məlumat vermək üçün süni intellektdən istifadənin təhlükələrinə işarə edən Əl-Əzhari, fətva və dini məlumat üçün süni intellektlə dəstəklənən söhbət proqramlarına etibar etməmək barədə xəbərdarlıq edib.
Əl-Əzhari vurğuladı ki, fətvalar axtarış sistemlərindən və ya sosial şəbəkələrdən alınmamalıdır.
4257205