IQNA

Qəzzada şəhid olan jurnalistlərin sayı 202-yə yüksəlib

1:26 - January 04, 2025
Xəbər sayı: 3497369
İQNA – Sionist rejimin Qəzza zolağına həyata keçirdiyi hücumlarda daha bir fələstinli jurnalist şəhid olub.

Qəzza hökumətinin Media İdarəsi yazılı açıqlamada bildirib ki, sionist rejim Qəzzada müxtəlif xəbər agentliklərində operator işləyən jurnalist Ömər Salah əl-Deyravinin evinə hava hücumu həyata keçirib.

Qeyd olunub ki, fələstinli jurnalist Deyravi və valideynləri Qəzzanın mərkəzi hissəsində yerləşən Əl-Zəvayidə bölgəsində evinin bombalanması nəticəsində şəhid olublar.

Bildirilib ki, 2023-cü il oktyabrın 7-dən etibarən sionist rejimin Qəzzə zolağına həyata keçirdiyi hücumlarda şəhid olan jurnalistlərin sayı 202-yə çatıb.

Bəyanatda həmçinin Beynəlxalq Jurnalistlər Federasiyası, Ərəb Jurnalistlər Federasiyası və bütün media qurumlarından Qəzzada həmkarlarına qarşı törədilən sistematik cinayətləri pisləməyə çağırılıb və beynəlxalq ictimaiyyətdən İsrailə qarşı beynəlxalq məhkəmələrdə çəkindirici addımlar atması istənilib.

captcha