İQNA - İşğal altındakı İordan çayının qərb sahilində sionist gəlmələri hədəf alan silahlı müqavimət aksiyasında 3 işğalçının həlak olduğu bildirilib.
İşğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni sionist qəsəbəsində yaşayan işğalçıları hədəf alan fədakarlıq aksiyasında ölən və yaralananların olduğu bildirilib.
Müqavimət aksiyası zamanı avtobus və avtomobilin atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Xəsarət alanlar arasında vəziyyəti ağır olanların olduğu qeyd edilib.
Sionist İsrail ordusu aksiyanı həyata keçirən insanları yaxalamaq üçün bölgədə əməliyyata başlayıb.