IQNA

Atəşkəs razılaşmasına baxmayaraq, Qəzzada soyqırım davam edir

2:01 - January 18, 2025
Xəbər sayı: 3497452
İQNA – Qəzzada atəşkəs elan edildikdən sonra İsrail rejiminin həyata keçirdiyi hücumlarda 113 fələstinli şəhid olub, 264 nəfər isə yaralanıb.

Qəzzada əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrail rejimi Qəzza zolağına hücumlarını davam etdirir.

Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal məsələ ilə bağlı yazılı açıqlama verib.

İsrail rejimi ilə HƏMAS arasında atəşkəs razılaşmasının elan edilməsindən bu yana 28-i uşaq, 31-i qadın olmaqla 113 fələstinlinin şəhid olduğunu bildirən Basal, həyatını itirənlərdən 87-nin Qəzza şəhərindən olduğu məlumatını paylaşıb.

Basal həmçinin hücumlar nəticəsində yaralananların sayının 264 olduğunu bildirib.

Fələstin mediasının verdiyi məlumata görə, atəşkəs razılaşmasının elan edildiyi gündən Qəzzada 101 nəfər şəhid olub.

captcha