IQNA

Tatarıstanda Quranşünaslıq Mərkəzinin açılışı

1:14 - January 19, 2025
Xəbər sayı: 3497457
İQNA - Tatarıstan Respublikasının Arsk şəhərinin İslam icması ölkənin bəzi tanınmış simalarının iştirakı ilə bu şəhərin Mərkəzi məscidində Quran Araşdırmaları Mərkəzini açıb.

"Shiawaves" xəbər agentliyinin verdiyi məlumata görə, Quran Mərkəzinin açılış mərasimi Tatarıstan Respublikasının tanınmış simalarının iştirakı ilə keçirilib. İştirakçılar arasında Tatarıstan Müftisi Kamil Samiqullin, İnkişaf və Mədəniyyətə Dəstək İnstitutunun icraçı direktoru Dr. Nuriyyə Haşımova, Osman bin Əffan Quran Təhsil Mərkəzinin direktoru Əbdürrəşid Həzrət Feyzov, Arsk Bələdiyyə Başçısı İlşad Nuriyev və bu bölgənin və ətraf rayonların imamları iştirak ediblər.

Mərasimdə çıxış edən iştirakçılar bu mərkəzin dini elmlər tələbələrinə xidmət baxımından əhəmiyyətini vurğulayaraq, mərkəzin bu şəhərə işıq mənbəyi, gələcək nəsillər üçün Qurani-Kərim mədəniyyət və dəyərlərinin yayılmasında ilham mənbəyi olacağına ümid ediblər.

Mərkəzin yaradılması işlərinə Arsk şəhərinin İslam icması və imamlarının səyi və dəstəyi ilə ötən il iyulun 11-də başlanılıb. Layihə bir il yarımdan az müddətdə tamamlandı. Mərkəz, Arsk sakinlərinə Quran öyrətmək və onları Quran oxumağa həvəsləndirmək üçün tikilib. O, həmçinin gənc müsəlmanlar üçün xüsusi təhsil mühiti təmin etməyi hədəfləyir.

Arsk Tatarıstan Respublikasının görkəmli İslam mərkəzlərindən biridir, burada 94 məscid və Qurani-Kərimin və İslamın əsaslarının tədrisi üçün 138 müəllim fəaliyyət göstərir. Şəhər həm də 3 il əvvəl yaradılan və 17 müəllimin nəzarəti altında 150 tələbənin məzun olduğu C.Tokay İslam Mərkəzinə ev sahibliyi edir.

Quran Araşdırmaları Mərkəzinin açılışı regionda İslam kimliyinin və Quran mədəniyyətinin gücləndirilməsi istiqamətində atılan yeni addımdır və yerli ictimaiyyətin gənc nəsillər arasında İslam dini dəyərlərinin və təlimlərinin yayılmasına sadiqliyini nümayiş etdirir.

4260394

captcha