Danimarkada ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludan Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quran yandıraraq İslama qarşı nifrət dolu çıxışını davam etdirib.
Paludan sosial şəbəkədə yerləşdirdiyi videoda İslama və müsəlmanlara qarşı təhqiramiz ifadələr işlədib.
Paludan bildirib ki, təxribata səbəb İsveçdə Quranı yandıran digər anti-islamçı Selvan Momikanın öldürülməsinə reaksiya verməkdir.
Danimarka polisinin Momikaya dəstək aksiyasına icazə vermədiyini bildirən təxribatçı, “Bunu aradan qaldırmağın yolu Kopenhagen polisinə etiraz edəcəyinizi söyləməkdir” deyib.
Paludan daha əvvəl 2023-cü ildə İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin binası qarşısında Quranı yandırmışdı.
İsveçdə Quranın yandırılmasını təhrik edən Salvan Momika yanvarın 29-da TikTok-da canlı yayım zamanı güllələnib.
4263362