İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranda Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Sani ilə görüşüb.
Görüş zamanı Ayətullah Xamenei qonşu ölkələrlə əlaqələrin genişləndirilməsinin İran İslam Respublikasının əsas siyasəti olduğunu bildirərək, "Cənab Pezeşkian hökumətinin bəyan etdiyi siyasətlərdən biri də qonşularla əlaqələri inkişaf etdirməkdir və Allahın izni ilə bu istiqamətdə yaxşı işlər görülüb və müəyyən irəliləyişlər əldə olunub. Xarici işlər nazirimiz də bu sahədə fəaldır" dedi.
Ayətullah Xamenei, “Ümid edirəm ki, Tehranda əldə olunan razılaşmalar hər iki ölkə üçün faydalı olacaq və hər iki tərəfə öz qonşuluq vəzifələrini əvvəlkindən daha çox yerinə yetirməyə kömək edəcək” dedi.
İranın Qətəri dost və qardaş ölkə olaraq gördüyünü qeyd edən Ayətullah Xamenei, ''Ancaq İranın Cənubi Koreyadan Qətərə transfer etdiyi valyuta ehtiyatlarının geri qaytarılması kimi hələ də həll olunmamış məsələlər var. Biz də yaxşı bilirik ki, bu məsələdə əldə olunan razılaşmanın həyata keçirilməsinə ən böyük maneə ABŞ-dır".
Qətər olsaydıq, ABŞ-ın təzyiqlərinə məhəl qoymaz və qarşı tərəfin tələblərini yerinə yetirərdik. "Biz Qətərin belə bir addım atmasını gözləyirik" dedi.
İslam İnqilabının Rəhbəri həmçinin deyib: "ABŞ prezidentləri arasında heç bir fərq yoxdur".
Qətər əmiri Şeyx Təmim rəsmi danışıqlar üçün gəldiyi Tehranda İran prezidenti Pezeşkianla da görüşüb.