"İQNA"-ın "Əl-Kəfil"ə istinadən verdiyi xəbərə görə, Həzrət Abbas (ə) hərəmi Pakistanda Ramazan ayında bəzi dini və mədəni tədbirlər keçirməyə hazırlaşır.
Həzrət Abbas (ə) hərəminin Pakistandakı nümayəndəsi Şeyx Nasir Abbas Nəcəfi deyib: "Bu ziyarətgahın Pakistandakı nümayəndəsi Ramazan ayı üçün müxtəlif tədbirləri, o cümlədən Nəcəf şəhərinin elmi və intellektual irsini araşdırmaq üçün “Nəcəf irsi” adlı elmi konfransın keçirilməsini özündə ehtiva edən xüsusi mədəni və dini proqram hazırlayıb".
O əlavə edib: "Bu proqrama Pakistanın müxtəlif bölgələrinə Nəcəf elmi hövzəsindən 25 təbliğçinin dini məclislər keçirmək, dini hökmləri öyrətmək, fiqhi və ideoloji suallara cavab vermək və dini məclislərin keçirilməsi, Quran təfsiri seansları və etikaf edənlərə fiqh dərslərinin verilməsini əhatə edən “Ramazan etikafı” layihəsinin həyata keçirilməsi daxildir".
Şeyx Nasir Abbas Nəcəfi dedi: "Həmçinin mübarək Ramazan ayında Zoom vasitəsilə 30 gün davam edəcək və bir qrup ekspertin iştirakı ilə Qurani-Kərimin təfsiri, fiqh, əxlaq və Peyğəmbərin (s) həyatı da daxil olmaqla tam dini dərslərin verilməsi məqsədi daşıyan “Zəyfur-Rəhman” onlayn kursu keçiriləcək.
Bu proqramlar Əhli-Beyt (ə) təlimlərini yaymaq və dünyanın müxtəlif yerlərindəki insan toplumlarına dini və mədəni xidmətlər göstərmək üçün Həzrət Abbas (ə) hərəminin səylərinin bir hissəsidir.
4268648