IQNA

Bosniya və Herseqovinada Quran xəttatlıq sərgisi açılıb

4:10 - March 06, 2025
Xəbər sayı: 3497741
İQNA - İran İslam Respublikasının Bosniya və Herseqovinadakı Mədəniyyət müşaviri və bu ölkənin Xətatlar Dərnəyi ilə əməkdaşlıq çərçivəsində Mostar və Sarayevo şəhərlərində Quran xəttatlıq əsərlərindən ibarət sərgi açılıb.

İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, Quran xəttatlığı sərgisində Mədəniyyət Evinin bosniyalı müəllim və tələbələrinin əsərləri yer alıb.

İranın mədəniyyət attaşesi Məhəmmədhüseyn Ənsari bu xəttatlıq sərgisinin açılış mərasimində deyib: “Ramazan ayının gəlişini qeyd etmək üçün bu Quran sərgisini təşkil etmək mübarək bir əməldir. Tələbələrimizin əsərlərinin Mostar və Sarayevoda mühüm ustaların əsərləri ilə birlikdə sərgilənməsi Mədəniyyət Attaşesinin sənət proqramlarının uğurunun göstəricisidir”.

Ənsari həmçinin Bosniyalı xəttat Munib Obradović və Bosniya Xəttatlar Dərnəyinə əməkdaşlığa görə təşəkkürünü bildirib. O, Bosniyalı xəttat İzzəddin Durakoviçin 32-ci Beynəlxalq Quran Sərgisində Bosniyalı rəssamları təmsil etmək üçün Tehrana dəvət edildiyini bildirib.

İranın Sarayevo Mədəniyyət Evinin xəttatlıq təlimatçısı Əbdul-Həqq Hacımiliç Bosniya və Herseqovinada xəttatlığın tarixindən və əhəmiyyətindən danışıb.

Mostarda xəttatlıqdan dərs deyən Münib Obradoviç tələbələrinin qısa müddət ərzində sürətli irəliləyişlərini təsirli adlandırıb və Quran xəttatlıq əsərlərinin yerli ustadların əsərləri ilə birgə nümayişinin onların fədakarlıq və bacarıqlarının sübutu olduğunu bildirib.

O, Bosniya və Herseqovinada az tanınan və digər üsullardan daha çox İran xəttatlığını təmsil edən Nəstəliq xəttatlığının tədrisinin vacibliyinə də diqqət çəkib.

Bu sərgi fevralın 27-dən martın 8-dək İranın Sarayevodakı mədəniyyət attaşesinin qalereyasında keçirilir və 30 Quran xəttatlıq əsəri ziyarətçilərə təqdim olunur.

captcha