Xəbərə görə, Qurani-Kərimin tərtillə oxunduğu yarışmada iranlı Sadiq Degagələ, Misirdən Mahmud Seyyid Abdullah, Mərakeşdən Əbdul-Cabbar Şüeyb, Əfqanıstandan Məhəmməd Sahizadə, İrandan Rəsul Bəxşi, Misirdən Əli Muhəmməd Əl-Zubeyd, İraqlı Məhəmməd Zuleyf Atiyə və misirli Yasin Səid Əl-Seyyidə qalib olaraq final mərhələsinə yüksəliblər.
Münsiflər heyəti Misirdən Şeyx Məhəmməd Əli Cabin, Əfqanıstandan Seyid Həlal Məsumi, İraqdan Heyder Əl-Kazimi və İrandan Seyid Mehdi Seyfdən ibarət idi.
Məkkə vaxtı ilə saat 20:30-da Səqəleyn kanalında yayımlanacaq yarışma Ramazan ayının sonuna qədər davam edəcək.
Proqramın aparıcısı Quran qarisi və media fəalı Əhməd Nəcəfdir.
Müsabiqənin təşkilat komitəsi bildirir ki, bu müsabiqə İslam dünyasında Quranın tərtil ilə oxunduğu bu cür ilk Quran tədbiridir.
Həmçinin bildirilib ki, bu il ilk dəfə keçirilən müsabiqəyə Asiya, Afrika, Avropa, Latın Amerikası və Cənub-Şərqi Asiyanın müxtəlif ölkələrindən 200-dən çox iştirakçı qatılıb.
Səqəleyn peyk kanalı İslam dünyası və İslam ümmətinin məsələlərindən bəhs edən, cəmiyyətin müxtəlif təbəqələrinə müraciət edən dini-mədəni kanaldır.
Bu kanal 2008-ci ilin Ramazan ayında ərəb dilində yayıma başlayıb.
4271218