IQNA

6:06 - March 24, 2025
Xəbər sayı: 3497879

Qəzzada şəhidlərin sayı 50 mini keçib

İQNA - İşğalçı rejimin Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 50 min 21 nəfərə, yaralananların sayı isə 113 min 274 nəfərə yüksəlib.

Qəzzada şəhidlərin sayı 50 mini keçib

Fələstin Səhiyyə Nazirliyinin bəyanatında qatil sionist rejimin 7 oktyabr 2023-cü ildən Qəzza zolağında davam etdirdiyi hücumlarla bağlı məlumat verilib.

İşğalçı rejimin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 50 min 21-ə, yaralı sayının isə 113 min 274-ə yüksəldiyi bildirilib.

captcha