IQNA

HƏMAS sözçüsü İsrailin hava hücumunda şəhid oldu

5:55 - March 29, 2025
Xəbər sayı: 3497914
İQNA - Yerli mənbələr, İsrail rejiminin Qəzza zolağının şimalındakı Cəbəliyə şəhərinə hücumu zamanı HƏMAS müqavimət hərəkatının sözçüsü Əbdül-Lətif əl-Qanuanın şəhid olduğunu bildirib.

“İQNA”-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, HƏMAS hərəkatına bağlı Əl-Əqsa kanalı elan edib: “Əbdül-Lətif Qanua səhər, cümə axşamı Qəzza zolağının şimalında yerləşən Cəbəliyyə bölgəsindəki çadırına İsrail döyüş təyyarələrinin hava hücumu nəticəsində şəhid olub.

Bununla bağlı HƏMAS hərəkatı da verdiyi açıqlamada Əl-Qanuanın şəhadətini elan edib və vurğulayıb: “Şəhidlərin qanı heç vaxt hədər getməyəcək bir əmanətdir və biz işğalçılarla heç vaxt güzəştə getməyəcəyik. İşğalçılara əbədi lənət olsun”.

İsrail rejimi Qəzza zolağının müxtəlif bölgələrində fələstinli qaçqınların evlərini və çadırlarını bombalamasını gücləndirib və nəticədə, çoxlu sayda fələstinli şəhid olub və yaralanıb.

Qəzza Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, İsrail rejimi Qəzzada soyqırımın yenidən başladığı martın 18-dən bu yana 830 fələstinlini öldürüb, əksəriyyəti uşaq və qadın olan 1787 nəfəri yaralayıb. Birləşmiş Millətlər Təşkilatı İsrailin Qəzzaya hücumlarını bərpa etməsi əmrindən sonra 124 minə yaxın fələstinlinin yenidən didərgin salındığını açıqlayıb.

4273838

Teqlər: həmas ، şəhid ، qəzza zolağı ، israil
captcha