IQNA

Əlcəzair Fələstinlə bağlı Təhlükəsizlik Şurasının iclasını tələb edib

11:55 - April 04, 2025
Xəbər sayı: 3497954
İQNA - Əlcəzair Fələstindəki vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

“İQNA”, Əlcəzairin rəsmi xəbər agentliyinə istinadən bildirir ki, Qəzza zolağında fələstinlilərin soyqırımında sionist işğalçı rejimin cinayətlərinin artması və sionistlərin İordan çayının qərb sahilinə qanlı hərbi müdaxiləsinin davam etməsindən sonra Əlcəzair Fələstindəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Məlumata görə, Əlcəzair tələbinə səbəb kimi İsrailin işğal etdiyi Fələstin ərazilərində, xüsusilə də Qəzza zolağında hücumlarının artmasını göstərib. Qəzza bir aydan artıqdır ki, şiddətli mühasirədədir və yardım işçiləri də daxil olmaqla, genişmiqyaslı qətllərin şahidi olub.

Bu tələb Qəzzada Fələstin Qızıl Aypara Cəmiyyəti, Fələstin Mülki Müdafiəsi və BMT-yə bağlı 15 yardım işçisi və fövqəladə hallar işçisinin cəsədlərinin tapılmasından sonra da edilib.

4274633

captcha