IQNA

Makron: “Fransa iyunda Fələstini tanıya bilər”

2:57 - April 12, 2025
Xəbər sayı: 3497995
İQNA – Fransa prezidenti Emanuel Makron iyun ayında Fələstin dövlətinin tanınacağını bildirib.

“Əl-Aləm saytının verdiyi məlumata görə, “France 5” televiziya kanalına danışan Makron, rəsmi açıqlamanın iyun ayında Nyu-Yorkda Səudiyyə Ərəbistanı ilə həmsədrlik edəcəyi beynəlxalq Fələstin konfransında verilə biləcəyini bildirib.

İsrailin xarici işlər naziri Gideon Saar, “Mövcud şərtləri nəzərə alsaq, Fələstin Dövlətinin birtərəfli qaydada tanınması terroru mükafatlandıran və HƏMAS-ı gücləndirən bir ölkənin simvolik bir hərəkətidir” dedi.

Nazir bildirib ki, bu cür tədbirlər regiona sülh, təhlükəsizlik və sabitliyi yaxınlaşdırmır, əksinə, onların əldə olunmasını getdikcə çətinləşdirir.

4275692

Teqlər: fransa ، makron ، fələstin ، ərəbistan
captcha