“TRT News”-un verdiyi məlumata görə, sionist rejimin Qəzzəyə hücumlarına Türkiyənin müxtəlif əyalətlərində təkbirlərlə etiraz edilib.
İstanbul
İstanbulun müxtəlif nöqtələrində toplaşan vətəndaşlar birlikdə təkbir söyləyərək sionist rejimin hücumlarına etiraz ediblər.
Eyüpsultan, Başakşehir, Ümraniye, Üsküdar, Sultanbəyli, Kartal, Pendik və Tuzlada toplaşan vətəndaşlara yoldan keçən maşınlar siqnal çalaraq, piyadalar isə təkbir söyləyərək dəstək verib.
Ağrı
Ağrıda QHT nümayəndələri və vətəndaşları İsrailin Qəzzaya hücumlarına etiraz etmək və zülmə diqqət çəkmək üçün təkbirlər deyərək yürüş ediblər.
Vətəndaş cəmiyyəti təşkilatları və vətəndaşlar Dörtyol qovşağında bir araya gəlib.
Əllərində Türkiyə və Fələstin bayraqları ilə Milli Bağçaya qədər təxminən 2 kilometr yol gedən iştirakçılar Qəzzaya edilən hücumlara reaksiya veriblər.
İştirakçılar ara-sıra təkbir söyləyib, Qəzzanın lehinə şüarlar səsləndirib, Qəzzə üçün dualar ediblər.
Ərzincan
Ərzincanda əllərində Türk və Fələstin bayraqları ilə Kızılay meydanına toplaşan vətəndaşlar İsrail əleyhinə şüarlar səsləndirib, təkbir deyiblər.
Qrup adından mətbuata açıqlama verən Ərzincan İnsan Haqları və Azadlıqlarına (İHH) Humanitar Yardım Dərnəyinin sədri Mustafa Uçar İsrailin Qəzzada qadın və uşaq fərqi olmadan soyqırım törətdiyini bildirib.
İsrailin hücumlarının sistematik olaraq bir xalqın məhvinə səbəb olduğunu vurğulayan Uçar, deyib: “Bu hücumları həyata keçirənlər Qəzzanın tək olmadığını çox yaxşı bilməlidirlər. Buradan bütün dünyaya, ölkəmizə və beynəlxalq aləmə, atəşkəs başlayandan bu yana hücumlarını davam etdirən, beynəlxalq hüquq normaları ilə qəbul edilmiş qərarlara əməl etməyən qatil İsrailə səslənirik ki, işğal dərhal dayandırılmalıdır”.
Çıxışdan sonra qrup təkbir deyib, namaz qılıb.
Gümüşhanə
Gümüşhanədə vətəndaşlar İsrailin Qəzzaya hücumlarına etiraz etmək və zülmə diqqət çəkmək üçün yürüş təşkil ediblər.
Vətəndaş cəmiyyəti təşkilatları, siyasi partiya nümayəndələri və vətəndaşlar Cümhuriyyət prospektində bir araya gəlib.
İştirakçılar Qəzzaya edilən hücumlara reaksiya verərək əllərində Türk və Fələstin bayraqları ilə Karaer rayonuna doğru yürüş ediblər.
Yürüşdən sonra Qəzzaya Quran oxunub, dualar edilib.
Malatya
Malatyada şəhərin müxtəlif nöqtələrində toplaşan vətəndaşlar İsrailin Fələstinin Qəzza şəhərinə qarşı blokadasına və hücumlarına etiraz edərək təkbir səsləndiriblər.
Vətəndaşlar qar yağışı altında İsrailin hücumlarına reaksiya verib, İsrail blokadasında humanitar yardım gözləyən Qəzza xalqı üçün dua ediblər.
Şanlıurfa
Siverekdəki Lesqo parkında keçirilən tədbirdə iştirak edənlər saat 22:00-ı göstərərkən Qəzzaya dəstək olaraq təkbir deyiblər.
İştirakçılar əllərində müxtəlif lövhələrlə dəstək nümayişi keçirib, İsrail əleyhinə şüarlar səsləndirilib.
Yürüş namazdan sonra sona çatıb.
Van
Vanın Erciş rayonunda Qəzza ilə həmrəylik nümayişində İsrailin hücumları pislənib.
Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və vətəndaşlar Vanyolu məhəlləsində bir araya gələrək İsrailin Fələstinin Qəzzaya qarşı blokadasına və hücumlarına etiraz ediblər.
İsrail əleyhinə şüarların səsləndirildiyi dəstək nümayişində iştirakçılar təkbir söyləyərək məhəllədəki məscidin önünə gəliblər.
Qəzza xalqı üçün dua edən vətəndaşlar daha sonra maşınları ilə konvoy təşkil edərək İsrailin hücumlarına etiraz ediblər.
İştirakçı Yüksel Zorlu jurnalistlərə açıqlamasında Qəzza xalqının tək olmadığını göstərmək üçün bir araya gəldiklərini deyib.
Qəzzada baş verənlərə səssiz qalmamalı olduğumuzu bildirən Zorlu, “Qəzzənin tək olmadığını və onların ağrılarını qəlbimizdə hiss etdiyimizi bütün dünyaya və bəşəriyyətə çatdırmaq üçün buradayıq. Gəlin Qəzzənin ağrısını paylaşaq. Zülmə qarşı sussaq, biz də zülmün bir parçası olacağıq. Nə olursa olsun, dualarımızı və səsimizi ucaltmalıyıq” dedi.
Hatay
Hatayın İskenderun rayonunda Qəzzaya həmrəylik nümayişi keçirənlər İsrailin hücumlarını pislənib.
Qeyri-hökumət təşkilatları, siyasi partiya nümayəndələri və vətəndaşlar Kanatlı küçəsində bir araya gəldi.
İsrailin hücumlarına reaksiya verən vətəndaşlar İsrail blokadası altında humanitar yardım gözləyən Qəzza xalqı üçün dua edib.