“TRT News”-un verdiyi məlumata görə, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, son 24 saatda dağıntılar altından 84 fələstinlinin cənazəsindən 6-sı çıxarılıb, 168 yaralı isə xəstəxanalara çatdırılıb.
Belə ki, sionist İsrail ordusunun martın 18-də atəşkəsi pozduqdan sonra Qəzzəyə yenidən başladığı hücumlarda həyatını itirənlərin sayı 2062, yaralıların sayı isə 5375-ə yüksəlib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən bu yana davam edən hücumlarında ümumilikdə 51 min 439 fələstinli həyatını itirib, 117 min 416 nəfər isə yaralanıb.
Nazirlik bir çox cəsədin hələ də dağıntılar altında və ya küçələrdə olduğunu, lakin səhiyyə və mülki müdafiə qruplarının bombardman və məhdudiyyətlər səbəbindən onları çıxara bilmədiyini bildirib.