“İQNA”-nın “Əl-Məsirə”-yə istinadən verdiyi məlumata görə, Yəmənin Ənsarullahının hərbi sözçüsü Yəhya Səri cümə günü elan edib ki, qrup Hayfa bölgəsinin şərqindəki Ramat David hava bazasını hədəf almaq üçün hərbi əməliyyat keçirib.
O, əməliyyatın Fələstin 2 hipersəs raketi ilə aparıldığını və hədəfə uğurla çatdığını bildirib.
Yəhya Səri əlavə edib ki, Allahın köməyi ilə düşmən sistemləri raketin qarşısını ala bilməyib.
Ənsarullah sözçüsü, Qəzza zolağındakı mücahidləri və onların sionist düşmənə qarşı qəhrəmancasına əməliyyatlarını salamlayarkən deyib: “Ənsarullah hücumlar dayanana və Qəzzanın mühasirəsi götürülənə qədər qəzzəlilərlə olacaq”.
Bundan əvvəl ivritdilli mənbələr Yəmən ərazisindən işğal olunmuş Fələstin ərazilərinə raket atıldığını, Hayfa və işğal olunmuş Fələstinin şimalında həyəcan siqnallarının səsləndiyini bildirmişdilər.
4279755