IQNA

Papa Fransiskin varisi seçildi

6:13 - May 10, 2025
Xəbər sayı: 3498155
İQNA - Vatikandan ağ tüstü qalxır, bu o deməkdir ki, kardinallar Papanın ölümündən sonra onun varisini və ya yeni Papanı seçiblər.

“İQNA”-nın “CNN”-ə istinadən verdiyi məlumata görə, yeni Papanın seçilməsi üçün keçirilən səsvermənin ilk turunda Vatikandan qara tüstü qalxdı, yəni bu mərhələdə papa seçilmədi. Səsvermə yenidən davam edib.

Katolik kilsəsinin kardinalları bu dəfə Vatikanda yeni papanın seçilməsi ilə bağlı həssas və tarixi prosesə başlayıblar. Seçki 133 səsvermə hüququna malik kardinal arasında dərin fikir ayrılıqlarına görə dünyanın katolik lideri üçün ən mürəkkəb və gözlənilməz seçkilərdən biri kimi səciyyələndirilib.

İştirak edən 250-dən çox kardinaldan yalnız 133-ü 80 yaşdan aşağı səsvermə hüququna malik idi. Bu şəxslər Avropa, Asiya, Afrika, Amerika və Okeaniyadan olan bölgələri təmsil edirdilər. Səsvermə bir namizəd üçdə iki üstəgəl bir (yəni, ən azı 89 səs) toplayana qədər davam etdi.

Səsvermə prosesi gizli aparılıb və hər səsvermədən sonra bülletenlər xüsusi sobada yandırılıb. Qara tüstü fikir ayrılığı, ağ tüstü isə yeni papanın seçilməsinə işarədir. Bu, Müqəddəs Pyotr meydanında minlərlə xristianın görmək üçün gözlədiyi işarədir.

Nəhayət ki, Sikstin kapellasının bacasından ağ tüstü qalxıb və Vatikan mediasının məlumatına görə, kardinal protodeakon Dominik Mamberti tezliklə Müqəddəs Pyotr Bazilikasının eyvanında görünərək məşhur latın dilində “Bizim Papamız var” ifadəsini tələffüz edəcək və kimin seçildiyini və hansı papa adını seçdiyini açıqlayacaq.

CNN amerikalı Robert Francis Prevost-un yeni papa seçildiyini açıqlayıb.

4281184

captcha