“Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, İsrail ordusu bəzi yaşayış yerlərini sökərkən onlar Tulkərim qaçqın düşərgəsinin mərkəzində yerləşən Əbubəkr Siddiq məscidinə gedərək məscidə öz bayraqlarını asıblar.
Sözügedən görüntülər sosial media istifadəçiləri və jurnalistlər tərəfindən “müqəddəs yerləri hədəf alan açıq təxribat” kimi qiymətləndirilib. İsrail əsgərlərinin məscid minarəsindən bayraq asması İslam dünyasına açıq hücum kimi qiymətləndirilib.
Media fəalları və bloggerlər də məscidin günbəzinə və minarəsinə edilən hücumu pisləyib və bunun işğalçı rejimin həyasızlığının ifadəsi olduğunu bildiriblər.
Bir çox istifadəçi “Bu, sadəcə bir işğal deyil, bütün müsəlmanlara qarşı təhqirdir” deyərək reaksiyalarını ifadə edərək, “Bu səhnə sükutla keçəcəkmi?” sualını verib.
Sionist rejimin bu hərəkəti İsrailin dini simvolları hədəf alaraq Fələstin ərazilərində öz suverenliyini və yəhudiləşdirmə siyasətini dərinləşdirmək cəhdi kimi şərh edilib.
Tülkərim Vəqflər İdarəsi də İsrail bayrağının qaldırılmasını qəti şəkildə pisləyib və bunun məscidlərin müqəddəsliyinə və müsəlmanların hisslərinə açıq-aşkar hörmətsizlik olduğunu bildirib.
Fələstinli fəal İsrail əsgərlərinin məscidin günbəz və minarəsinə gedərək işğalçı rejimin bayrağını asdıqlarını, işğalçı orduya aid buldozerlərin hələ də məscidin ətrafındakı evləri və infrastrukturu sökdüyünü bildirib.
Bu hərəkətlər İsrail ordusunun dörd aydan artıqdır ki, Nur Şəms düşərgəsinə hücumlarından sonra baş verir.
Bu hücumlar yanvarın 21-də Cenin düşərgəsində başlayan və bir həftə sonra Tülkərim və Nur Şəms düşərgələrinə qədər genişləndirilən Dəmir Divar əməliyyatının bir hissəsidir.
4285585