“Əl-Yəvmus-Sabi” saytının verdiyi məlumata görə, Misirin baş müftisi və Dünya Fətva Şuraları Katibliyinin rəhbəri Nazir Məhəmməd Əyyad bu ölkənin Şərqiyə əyalətində çoxlu sayda Quran hafizinin şərəfinə keçirilən mərasimdə bildirib.
Müfti, xüsusilə fitnə və çətinlik zamanlarında həyatı nizama salmaq, onu haqqa və xeyirxahlığa yönəltmək üçün mənəvi-əxlaqi istinada ehtiyac olduğundan, Quranı əzbərləməklə yanaşı, şəxsiyyətin qurulması və cəmiyyətin saflaşdırılması məqsədilə Quran təlimlərinin tətbiqinin zəruriliyini vurğulayıb.
O, ailə institutunun ədalət və mərhəmət kimi möhkəm təməllər üzərində qurulmasının Qurani-Kərimin məqsədlərindən olduğunu, valideynlərlə yaxşı rəftarın Quranda və İslam dinində vurğulanan ən böyük dəyərlərdən olduğunu bildirib.
Misir müftisi “İsra” surəsinin 23-cü ayəsini xatırladıb: “Rəbbin sənə Ona ibadət etməyi və ata-anaya yaxşılıq etməyi əmr etmişdir, əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalsa, onlara “uf” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə”.
Valideynlərə hörmət konkret zamana və ya vəziyyətə aid olmamalı, davamlı olmalıdır.
Əyyad həmçinin bildirib ki, cəmiyyətlərin birliyini təhdid edən əxlaqi tənəzzül dalğası və əqli gərginliklər qarşısında mənəvi və ictimai təhlükəsizliyi təmin etmək üçün Quran təlimlərinə bağlılıq və onun əmrlərinə uyğun hərəkət etmək ən yaxşı yoldur.
Nazir Əyyad vurğuladı ki, əsl Quran hafizi Quranı özünə bələdçi götürən, əməl və danışığını Quran təlimləri ilə tarazlayan kəsdir.
Yerli rəsmilərin və cəmiyyətin müxtəlif qruplarının iştirak etdiyi mərasimin sonunda Misir müftisi və Şərqiyə valisi tərəfindən Quran hafizlərinə sertifikatlar və hədiyyələr verilib.
4285667