“Əl-Yəvmus-Sabi” saytının məlumatına görə, Misirin bəzi şəhərlərində Allahu Əkbər sədaları sevinc və fərəhlə əks-səda verərkən, xütbənin başlanğıcını bildirmək üçün hündür binalardan hava şarları buraxılıb. Uşaqlar da bayram sevinci yaşayıblar.
Polis qüvvələri namaz qılanların təhlükəsizliyini təmin etmək üçün tədbirləri artırıb. Misir Gənclər və İdman Nazirliyi dindarların Qurban bayramı namazını gənclər mərkəzlərinin həyətlərində və oyun meydançalarında qıla biləcəklərini açıqlayıb.
Namazdan sonra uşaqlara hədiyyələr və şirniyyatlar paylanıb. Misir xalqı ən yaxşı paltarlarını geyinərək məscidlərə və meydanlara toplaşıb. Namazdan sonra camaat öz aralarında bayram keçirib, sonra qurbanlar kəsilib.
Misirin hər yerindən hökumət rəsmiləri də cümə günü səhər əsas meydanlarda və müxtəlif məscidlərdə Qurban bayramı namazına qatılıb.
Qızıl Aypara könüllüləri hədiyyələr, şarlar, şirniyyatlar və Qızıl Aypara bayraqları paylayaraq bəzi bölgələrdə uşaqların üzlərində təbəssüm yaradıblar.
Misirin bir çox əyalətlərində Qurban bayramı namazı sevinc və şadlıq şəraitində qılınıb.
4286807