IQNA

İranın sionist rejimə raket hücumlarının yeni mərhələsi başlayıb

4:17 - June 15, 2025
Xəbər sayı: 3498361
İQNA - İranın işğal olunmuş ərazilərə raket hücumlarının yeni mərhələsi başlayıb.

“İQNA”-nın məlumatına görə, “Sadiq Vədə 3” əməliyyatının davamı olaraq, işğal olunmuş ərazilərə doğru yüzlərlə müxtəlif tipli ballistik raketlərin atılması ilə İranın yeni raket hücumları başlayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi də bir bəyanatda bildirib ki, sionist rejimin yeni hücumlarına cavab olaraq “Sadiq Vədə 3” pilotsuz təyyarəsi raket əməliyyatlarının yeni dalğası SEPAH Aerokosmik Qüvvələri tərəfindən həyata keçirilib.

Onlarla İran raketləri və pilotsuz təyyarələri İsrail müdafiə sisteminin çoxsaylı qatlarından uğurla keçib.

Bundan əlavə, İranın bir neçə dəqiq raketi İsrail rejiminin həyati əhəmiyyətli elektrik qurğularını vurub və bu, işğal olunmuş ərazilərin mərkəzi rayonlarında elektrik paylayıcı şəbəkənin geniş şəkildə pozulmasına və rejimin həyati infrastrukturunun bir hissəsinin sıradan çıxmasına səbəb olub.

Bu hücumlar zamanı birbaşa Hayfa neft emalı zavodu hədəfə alınıb və şəhərin obyektlərində geniş yanğınlar başlayıb.

Bu əməliyyatın başlaması ilə eyni vaxtda bütün işğal olunmuş ərazilərdə həyəcan verici vəziyyət elan edilib.

İranın sionist rejimə qarşı raket hücumları bu məlum uşaq qatili olan rejiminin ölkəmizə qarşı vəhşicəsinə təcavüzü və bir qrup hərbi komandir, nüvə alimi və mülki vətəndaşın şəhid etməsinə cavab olaraq “Sadiq Vədə 3” əməliyyatı çərçivəsində həyata keçirilib.

4288627

captcha