IQNA

Ayətullah Xamenei: “Heç vaxt təslim olmayacayıq”

5:15 - June 19, 2025
Xəbər sayı: 3498385
İQNA – Ali Məqamlı Rəhbər açıqlamasında “İsrail səhvinin cəzasını çəkəcək. İran təcavüzkar müharibə qarşısında necə dururdusa, zorla qəbul etdirilmək istənilən sülh qarşısında da eyni möhkəmliklə dayanacaq.

“İQNA”-nın verdiyi xəbərə görə, İslam İnqilabının Ali Rəhbəri televiziyadan yayımlanan müraciətində sionist rejimin son təcavüzü qarşısında İran xalqının mətin, cəsur və vaxtında mövqeyini tərifləyib və bunu xalqın şüurlu, mənəvi və rasional inkişafının göstəricisi adlandırıb.

Ayətullah Xamenei bildirib: “İran xalqı təcavüzkar müharibə qarşısında necə dururdusa, zorla qəbul etdirilmək istənilən sülh qarşısında da eyni möhkəmliklə dayanacaq. Bu xalq heç kimin qarşısında təslim olmayacaq”.

ABŞ prezidentinin hədələyici və təhqiramiz açıqlamalarına cavab olaraq isə Rəhbər qeyd edib: “İranı, xalqını və onun tarixini tanıyan heç bir ağıllı şəxs bu millətlə hədə dili ilə danışmaz. ABŞ bilməlidir ki, hərbi müdaxiləyə cəhd edəcəkləri təqdirdə bunun bədəli ağır olacaq”.

4289402

captcha