IQNA

Rus şərqşünası: “İranlılar birlikləri ilə ABŞ-ı uğursuzluğa düçar etdilər”

0:09 - June 22, 2025
Xəbər sayı: 3498393
İQNA - Rusiyanın Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi rəhbəri və tanınmış şərqşünas bildirib: “Sionist rejimin İrana qarşı hərbi təcavüzü fonunda amerikalıların planı bu idi ki, xalqı küçələrə töksünlər, lakin iranlıların birliyi bu planı puça çıxardı”.

İQNA-nın verdiyi məlumata görə, Vitali Naumkin Moskvada siyasi və diplomatik rəsmilər, alimlər və universitet ustadlarının iştirakı ilə keçirilən “Dəyişən dünyada İran və Rusiya münasibətlərinin perspektivləri” adlı “Üçüncü elmi-praktik konfrans”da bu sözləri deyib və əlavə edib: “Bu gün İrana hücumun səbəbləri barədə bir çox “cəfəngiyatlar” eşidirik, məsələn, İsrail nüvə silahlarının yayılmasının qarşısını almaq haqqında sazişləri bəhanə edərək hərbi təcavüzə başlayıb. Halbuki İsrail özü bu sazişlərə üzv deyil”.

Bu rus şərqşünası vurğulayıb ki, Qərb ölkələri daim müstəqil ölkələrin xalqlarının həmrəyliyini və birliyini hədəfə alır. O deyib: “İran xalqının İsrailin hərbi təcavüzünə verdiyi reaksiya çox önəmli və diqqətçəkən idi”.

4289551

captcha