IQNA

Qəzza şəhidləri 55 min 637-yə çatdı

11:41 - June 26, 2025
Xəbər sayı: 3498416
İQNA – İsrailin Qəzza zolağına qarşı hücumlarında şəhid sayı artmaqdadır. Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, İsrailin son 24 saatda həyata keçirdiyi hücumlarda 140 nəfər şəhid olub.

“Səfa” saytının xəbərinə görə, bununla 7 oktyabrdan bəri şəhid olanların sayı 55 min 637-yə yüksəlib. Hücumlar nəticəsində 129 min 880 nəfər yaralanıb. Şəhid olanların 70 faizinin qadın və uşaqlar olduğu bildirilir.

Dağıntılar altında çoxlu sayda insanın olduğu bildirilir, lakin davam edən hücumlar səbəbindən yardım qrupları bu insanlara çata bilmir.

Qəzzədəki səhiyyə mənbələri də bildiriblər ki, İsrailin hava hücumları nəticəsində çərşənbə günü səhər Qəzza zolağının müxtəlif bölgələrinə edilən hücumlarda 19 fələstinli həyatını itirib.

Səhiyyə rəsmilərinin “Çörək növbəsi şəhidləri” adlandırdığı, humanitar yardım axtararkən həyatını itirənlərin ümumi sayı 473-ə yüksəlib. Bu kimi hücumlarda azı 3 min 602 nəfər də yaralanıb.

İsrailin 18 mart 2025-ci ildən başladığı son hücumlarından bu yana ən az 5 min 334 fələstinli şəhid olub, 17 min 839 nəfər yaralanıb.

Qəzzədə 10 mindən çox insanın itkin düşdüyü və ya hələ də dağıntılar altında olduğu bildirilir.

4290737

captcha