IQNA

BMT-nin Kərbəlanın İslam mədəniyyəti paytaxtı namizədliyinə dəstəyindən bəhs olunur

4:13 - July 08, 2025
Xəbər sayı: 3498488
İQNA – BMT-nin İraqdakı nümayəndəsi, Kərbəlanın İslam mədəniyyətinin paytaxtı olaraq namizədliyinə bu təşkilatın dəstək verdiyini bildirib.

“Kərbəla Alaan” xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin İraqdakı nümayəndəsi Məhəmməd Həssan müqəddəs Kərbəla şəhərinə səfəri zamanı, bu şəhərin tarixi, dini və mədəni əhəmiyyətinə görə BMT-nin onu İslam mədəniyyəti paytaxtı olaraq dəstəkləmək təşəbbüsündən xəbər verib.

Həssan Məhərrəm ayı çərçivəsində şəhərə səfəri zamanı verdiyi mətbuat açıqlamasında deyib:

“Mən müqəddəs Kərbəla şəhərinin insanlıq və mədəniyyət baxımından daşıdığı dəyərə görə bu şəhəri ziyarət etməyə can atırdım. Burada öz gözlərimlə birlik və həmrəy İraqın canlı mənzərəsini gördüm. Burada milli mənsubiyyət ən gözəl şəkildə təcəssüm olunur.”

BMT-nin nümayəndəsi əlavə edib:

“Kərbəlanın dərin tarixi kökləri var və ərəb və dünya müsəlmanlarının qəlbində xüsusi yer tutur. Hər il milyonlarla insan dini ayinləri yerinə yetirmək üçün bu şəhəri ziyarət edir və bu, onun İslam mədəniyyəti paytaxtı olması üçün uyğun bir namizəd olmasını təmin edir.”

O vurğulayıb ki:

“Kərbəlanın gələcəyi ümidvericidir və düzgün inkişaf yolu üzrədir. Kərbəla vilayəti İraqda investisiyaların qəbulu və inkişaf layihələrinin həyata keçirilməsi üçün ən hazırlıqlı vilayətlərdən biridir və bu da iqtisadiyyatın və xidmətlərin güclənməsinə kömək edəcəkdir.”

4293143

captcha