“İQNA”, “Ərəbi 21” saytına istinadən xəbər verir ki, bu qərar universitetin 80 tələbəsini əhatə edir.
ABŞ-ın prezidenti Donald Tramp Kolumbiya Universitetini və digər tanınmış universitetləri tələbələrin sionist rejimə qarşı keçirdiyi etiraz aksiyalarının qarşısını ala bilmədiklərinə görə tənqid edib və hətta bu universitetləri maliyyə dəstəyi ilə təhdid edib.
Lakin bu universitetdə sionist rejimin əleyhinə olan tələbələr bəyanat yayaraq bildiriblər ki, bu yoldan əsla dönməyəcəklər və Fələstinin azadlığı uğrunda mübarizəni davam etdirməyə sadiqdirlər.
Bu məsələ ilə bağlı Fox News-un xəbərinə görə, universitet rəsmiləri bu tədbirlərin “universitet nizam-intizamının qorunması” məqsədilə görüldüyünü bildiriblər. Ancaq tənqidçilər bu qərarları söz azadlığının və Fələstin ideallarına dəstəyin boğulması cəhdi kimi dəyərləndirirlər. Xüsusilə də qeyd olunur ki, bu sərt cəzalar Tramp administrasiyasının universitetə qarşı ciddi maliyyə təzyiqlərindən və 400 milyon dollarlıq federal büdcə yardımını kəsməklə hədələməsindən sonra verilib.
Qeyd edək ki, Kolumbiya Universiteti Qəzzadakı müharibəyə qarşı keçirilən tələbə etirazlarının daha da gücləndiyi universitetlərdən biri olub və bəzi hallarda bu aksiyalar tələbələrlə polis qüvvələri arasında toqquşmalara da səbəb olub.
4295998