“İQNA”-nın Mavritaniya xəbər agentliyinə istinadla verdiyi məlumata görə, küveytli xeyriyyəçilərin təşəbbüsü ilə inşa olunan bu məscid Qırqul vilayətinin valisi Seyid Məhəmməd Muxtar Vələd Əbdi və digər yerli rəsmilərin iştirakı ilə istifadəyə verilib.
Qırqul vilayətinin İslam işləri və təhsil üzrə regional müdiri Seyid Cabua Əmdu Əniyandi bu barədə deyib: Yeni məscidin dövlət binalarının yaxınlığında yerləşməsi burada çalışan məmurların və qonşu idarələrin işçilərinin asanlıqla namaz qılmasına şərait yaradacaq.
O əlavə edib: “Bu böyük iş Qırqul valiliyinin əməkdaşlığı ilə həyata keçirilib və böyük bir nailiyyət olmaqla yanaşı, “Kim Allah üçün bir məscid inşa edərsə, Allah onun üçün Cənnətdə bir ev tikər” hədisini xatırladır”.
Əniyandi bildirib ki, Mavritaniya prezidenti Seyid Məhəmməd Vələd Şeyx əl-Qazvani məscidlərin inşasına və müsəlmanların dini ibadətlərini yerinə yetirməsinə xüsusi önəm verir.
Küveyt dövləti və bu ölkənin xeyriyyə cəmiyyətləri Afrika ölkələrində məscidlərin inşasında fəal iştirak edirlər. Küveytin “Nəcat” xeyriyyə cəmiyyətinə bağlı olan Zəkat Komitəsi və “Əl-Rəhmə” Beynəlxalq Cəmiyyəti bu sahədə fəal qurumlardandır.
Bu məscidlər İslamın yayılmasına dəstək, müsəlman icmalarına xidmət göstərmək və gündəlik namazlarda iştirak etmələrini asanlaşdırmaq məqsədilə müxtəlif ölkələrdə istifadəyə verilir.
4296933