IQNA

Əqsa məscidinin iki mühafizəçisinə bu məscidə daxil olmaq qadağan edilib

11:56 - July 30, 2025
Xəbər sayı: 3498616
İQNA - Sionist rejimin qüvvələri Əqsa məscidinin iki mühafizəçisinə bir həftə müddətinə bu məscidə daxil olmağı qadağan ediblər.

“İQNA”-nın Fələstinli “Safa” saytına istinadla verdiyi xəbərə görə, sionist rejimin kəşfiyyat orqanı Əqsa məscidinin iki mühafizəçisinə – İsam Nəcip və Əbdülkərim Təmimi – bir həftəlik məscidə daxilolma qadağası qoyub.

Onlar işğalçı polis qüvvələri tərəfindən Qüdsün qədim şəhərində yerləşən “Əl-Qəşlə” polis məntəqəsinə çağırılıb və orada onlara Əqsa məscidinə daxilolmağın qadağan olunduğu bildirilmişdir.

Bu qadağa daha bir həftə müddətinə də uzadıla bilər.

Eyni zamanda, sionist rejimin polisi Fələstin İslam Hərəkatının lideri Şeyx Raid Salahı Əqsa məscidinin qapılarından biri olan “Bab Hutta”da saxlayaraq məscidə daxil olmamışdan əvvəl onun şəxsiyyət vəsiqəsini yoxlayıb.

Bundan əlavə, işğalçı İsrail qüvvələri Qüds sakini olan əsir İshaq əz-Zəğəli 17 aylıq həbsdən sonra Nəfə həbsxanasından azad ediblər.

4297102

captcha