IQNA

İspaniya parlamentinin üzvü:

Qəzzada soyqırım ABŞ-ın dəstəyi və Avropanın əlbirliyi ilə həyata keçirilir

13:09 - August 02, 2025
Xəbər sayı: 3498627
İQNA - İspaniya parlamentinin üzvü Qəzza zolağındakı vəziyyəti tənqid edərək bildirib ki, bu bölgədə baş verənlər tam bir soyqırımdır və bu, terrorçu bir rejim tərəfindən ABŞ-ın dəstəyi və Avropa ölkələrinin əlbirliyi ilə həyata keçirilir.

“İQNA”-nın “əl-Fəth” agentliyinə istinadla verdiyi xəbərə görə, İspaniya parlamentinin üzvü İon Belarra çərşənbə günü Qəzza zolağındakı mühasirəni qırmağa çalışan “Qlobal Sumud Flotilyası” ilə tam həmrəyliyini ifadə edib.

O, dünya xalqlarını bu təşəbbüsü dəstəkləməyə və qeyri-qanuni mühasirənin qırılması üçün birbaşa hərəkətə keçməyə çağırıb.

Belarra mediaya verdiyi açıqlamada deyib: “İsrail iki milyondan çox insanı aclıqla öldürür və Qəzzada baş verənlər, ABŞ-ın dəstəyi və Avropa hökumətlərinin əlbirliyi ilə bir terrorçu rejim tərəfindən həyata keçirilən tammiqyaslı bir soyqırımdır.”

O vurğulayıb: “Artıq səsimizi ucaltmağın və bu təcavüzə qarşı ciddi mövqe tutmağın vaxtı çatıb.”

Bu çərçivədə Niderland hökuməti fövqəladə toplantıdan sonra sionist rejimə qarşı yeni tədbirlər görəcəyini açıqlayıb və bu rejimin maliyyə naziri Bəzalel Smotriç və daxili təhlükəsizlik naziri İtmar Ben-Qvirin radikal mövqelərinə görə ölkəyə girişinə qadağa qoyulduğunu bəyan edib.

Bundan əlavə, Niderlandın xarici işlər naziri Kaspar Veldkamp Qəzza zolağındakı vəziyyətlə bağlı izahat almaq üçün İsrail səfirini nazirliyə çağırıb.

Niderland Xarici İşlər Nazirliyi həmçinin Tel-Əvivdəki səfirini İsrailin gərginlik yaradan addımları ilə bağlı məsləhətləşmələr aparmaq üçün geri çağırıb.

Veldkamp bundan əvvəl İordan çayının qərb sahilində sionist məskunlaşanların zorakılığını qınamışdı.

O əlavə edib ki, Niderland zorakı məskunlaşanlara qarşı hədəfli sanksiyalar tətbiq etməyə başlayıb və bu siyasətin güclü tərəfdarlarından biridir.

4297338

captcha