IQNA

“İtənlər üçün bələdçi” tətbiqinin Ərbəin zəvvarlarına təqdimatı

16:11 - August 05, 2025
Xəbər sayı: 3498645
İQNA - Ərbəin zəvvarlarına xidmət və rifah məqsədilə Həzrət Əli (ə) Məqbərəsi tərəfindən “İtənlər üçün bələdçi” adlı bir mobil tətbiq hazırlanıb. Aşağıdakı videoda bu proqramdan istifadə qaydası izah olunur.

 

Xəbərdarlıq və axtarış

Bu tətbiq vasitəsilə istər adi ziyarətlərdə, istərsə də milyonluq Ərbəin ziyarətlərində itkin düşən zəvvarlar barədə məlumat vermək və onları axtarmaq mümkündür.

İşarələmə və interaktiv xəritələr

Tətbiqin əsas xüsusiyyətlərindən biri interaktiv xəritələrdir. Bu xəritələr vasitəsilə zəvvarlara 15 elektron xidmət təqdim olunur.

Bundan əlavə, tətbiqdə istiqamət xəritələri, otellər üzrə elektron bələdçi, zəvvar qonaq evlərində (məziflərdə) rezervasiya xidmətlərinə çıxış, niyabətdə ziyarət və itirilmiş əşyalar barədə məlumatlandırma və axtarış imkanları da mövcuddur.

Tətbiq həmçinin itmənin və ya kiminsə itməsinin qarşısını almaq üçün tövsiyələr də təqdim edir.

Dörd dildə elektron xidmət

Zəvvarların müxtəlif millətlərdən olması nəzərə alınaraq bu tətbiq ərəb, fars, ingilis və urdu dillərində təqdim olunur.

Bu tətbiq barədə çox mühüm bir məqam isə onun istifadəsinin pulsuz və oflayn rejimdə mümkün olmasıdır.

kod

4298251

Teqlər: Ərbəin ، zəvvarlar ، kərbəla ، İraq
captcha