IQNA

Almaniyada müsəlmanlara və hicablı qadınlara qarşı islamofobiya artır

10:51 - August 07, 2025
Xəbər sayı: 3498660
İQNA - Avropa Müsəlmanlar Şurasının verdiyi məlumata görə, Almaniyada müsəlmanlara qarşı islamofobiya artmaqdadır və hicablı qadınlar rəsmilərin biganəliyi və səhlənkarlığı fonunda bir çox çətinliklərlə üzləşirlər.

“İQNA”-nın “Muslimische Union Europas” veb saytına istinadla verdiyi xəbərə görə, Almaniyada müsəlmanlara, xüsusilə hicablı qadınlara qarşı hücumlar və ayrı-seçkiliklər görünməmiş dərəcədə artıb. Bütün bunlar isə rəsmilərin bu hadisələrlə mübarizədə sükut etməsi və dini azlıqların qorunmasında uğursuz olması fonunda baş verir.

Bu sahədə fəaliyyət göstərən CLAIM təşkilatı 2024-cü il üçün illik hesabatında 3 min 80-dən çox zorakılıq, təhdid və kənarlaşdırma hadisəsini qeydə alıb ki, bu da əvvəlki illə müqayisədə 60 faiz artım deməkdir.

Statistikalar göstərir ki, dini kimlikləri aşkar olan müsəlman qadınlar bu hücumların böyük əksəriyyətində qurban rolundadır və onlar birbaşa nifrət və irqçilik hədəfinə çevrilirlər.

Almaniya Alimlər və Vaidlər Şurasının rəhbəri Şeyx Taha Süleyman Əmir bu barədə çıxışında bildirib: “Hicablı qadınlar Almaniyada islamofobiyanın ən böyük qurbanlarıdır. Rəsmilər müsəlmanları nifrət zəminində törədilən cinayətlərdən qorumaq üçün öz üzərlərinə düşən vəzifəni yerinə yetirməyiblər və qanuni cəzanın olmaması bu hücumların artmasına səbəb olub.”

O, həmçinin əlavə edib ki, müsəlmanlar təhsil, mənzil və məşğulluq kimi əsas sahələrdə sistematik ayrı-seçkiliklə üzləşirlər, halbuki hökumət bərabərlik qanunlarının icrası və nifrət cinayətlərini törədənlərin cəzalandırılması üçün real tədbirlər görməyib.

Şeyx Taha onu da vurğulayıb ki, məscidlərə təkrar hücumlar, o cümlədən təxribat, təhdid və hətta namaz qılanlara qarşı birbaşa hücumlarla yanaşı, bəzi müsəlman ailələr də evlərinə od vurulması və hücumlarla üzləşiblər.

O qeyd edib: “Bu hadisələr dini azlıqlar kimi müsəlmanların müdafiəsini təmin etməkdə rəsmilərin uğursuzluğunu və dini azadlıqların azaldığını göstərir.”

Bu hücumlar qurbanların psixoloji sağlamlığına birbaşa təsir edir. Xüsusilə qızlar arasında bir çoxları narahatlıq, depressiya və təhlükəsizlik hissinin itməsi kimi problemlərdən əziyyət çəkdiklərini bildiriblər.

Avropa səviyyəsində isə Avropa İttifaqının Əsas Hüquqlar Agentliyinin hesabatında göstərilir ki, Avropada müsəlmanların təxminən yarısı son illərdə müəyyən ayrı-seçkiliklə üzləşib və bu nisbət xüsusilə Almaniyada çox yüksəkdir.

Şeyx Tahanın sözlərinə görə, bu rəqəmlər Avropa siyasətlərinin plüralizmi qorumaqda və ədaləti təmin etməkdə uğursuzluğunu nümayiş etdirir və hökumətləri nifrət təbliğatının yayılmasında birbaşa məsuliyyət daşıyan tərəflər kimi təqdim edir.

4298466

Teqlər: hicab ، almaniya ، islamafobiya
captcha