“İQNA”-nın “cratar.net” saytına istinadən verdiyi xəbərə görə, nazirlik bu imtahanın Yəmənin ən yaxşı hafizlərinin beynəlxalq Quran müsabiqələrinə göndərilməsi məqsədilə keçirildiyini və imtahana qeydiyyat müddətinin 2025-ci il avqustun 31-nə qədər uzadıldığını bildirib.
Yəmənin Vəqflər Nazirliyi qeyd edib ki, imtahana qeydiyyat müddətinin uzadılması ilə, istedadlı (həm qadın, həm də kişi) hafizlərə Quran sahəsindəki bacarıqlarını sınamaq üçün daha çox imkan yaradılır.
Nazirliyin açıqlamasına görə, bu imtahan Qurani-Kərimin tam hifzi, təcvid qaydaları ilə tilavət və “Qiraə-i əşərə”yə (on qiraətə) mükəmməl yiyələnmə sahələrində keçiriləcək.
Nazirlik, imtahanda iştirak etmək üçün lazım olan şərtlərə və səriştəyə malik olan şəxsləri, qeydiyyat formasını aşağıdakı ünvana daxil olaraq doldurmağa dəvət edib:
https://forms.gle/nAkYMmwgedoyszQZ7
Nazirlik əlavə edib ki, bu imtahan, ölkənin müxtəlif bölgələrindən olan Quran istedadlarını müəyyənləşdirmək və onların beynəlxalq arenada güclü təmsil olunması üçün hazırlanması məqsədi daşıyan nazirliyin siyasətlərindən biridir və Yəmənin Quran sahəsindəki mövqeyini nümayiş etdirir.
4298208