IQNA

Hollivud aktyoru: “Oskar vacib deyil, əsl mükafatı Allah verir”

10:02 - August 18, 2025
Xəbər sayı: 3498711
İQNA - Hollivudun Oskar mükafatlı aktyoru Denzel Vaşinqton bildirib ki, “həyatımın son günündə heç bir mükafatın mənə faydası olmayacaq”, və əlavə edib: “Oskarı insan verir, amma əsl mükafatı Allah verir.”

“İQNA”-nın “əl-Cədid”ə istinadla verdiyi xəbərə görə, Denzel Vaşinqton “Jake Hamilton”un aparıcılıq etdiyi söhbət proqramında bildirib ki, o, dini və mənəvi baxışlarını maddi məsələlərdən və insanların bu qısa ömürdə dalınca qaçdığı şeylərdən üstün tutur.

Bu amerikalı aktyor indiyədək iki dəfə Oskar qazanıb, lakin bildirib ki, məqsədi bu mükafatlara görə aktyorluq etmək olmayıb. Oskar mükafatına 10 dəfə namizəd göstərilən Vaşinqton “Jake’s Takes” proqramında deyib:

“Mən bunu Oskar üçün etmirəm. Belə şeylər mənim üçün önəmli deyil.”

Oskar qalibi olan bu aktyor, ötən il ruhanilik dərəcəsi aldığını da xatırladaraq deyib: “Mənim üçün kimin kimə tabe olması vacib deyil. İnsan eyni vaxtda həm lider, həm də tabe olan ola bilməz. Mən heç kimə tabe deyiləm. Mən Ruhul-Qüdsə tabe oluram. Mən Allaha tabe oluram, insana yox. Mən Allaha iman gətirirəm. İnsana ümidim var, amma ətrafınıza baxın, vəziyyət yaxşı getmir.”

Bu məşhur Hollivud aktyoru ilk dəfə deyil ki, ictimai rəyin ona təsir etmədiyini bildirir. Oskar qalibi Vaşinqton vurğulayıb ki, bu mükafatları qazanmaq onun üçün əhəmiyyət daşımır: “Mən bu işi Oskar üçün etmirəm. Həqiqətən də belə şeylər mənim üçün vacib deyil.”

Vaşinqton əlavə edib: “Mən uzun müddətdir kino sahəsindəyəm. Elə vaxtlar olub ki, qazanmışam, amma qazanmamalı idim. Elə vaxtlar da olub ki, qazanmamışam, amma qazanmalı idim. Mükafatı insan verir, amma pərəmi Allah verir. Mənim Oskara xüsusi marağım yoxdur. İnsanlar soruşur: ‘Bəs, harada saxlayırsan?” Mən deyirəm: “O biri ilə yanaşı. Bu, lovğalıq deyil. Sadəcə, bu işlərə və dünyəvi məsələlərə münasibətimi deyirəm. Axırıncı günüm olanda heç bir mükafat mənim işimə yaramayacaq.”

Ruhaniliklə məşğul olan bu sənətkar bundan öncə “Esquire” jurnalına müsahibəsində bildirib ki, o, dinlə daha dərin əlaqə qurub və artıq öz inancını gizlətməyə ehtiyac görmür:

“Məni görəndə, Allahın və Xilaskarımın mənə verdiyi imkanlarla ortaya qoya bildiyim ən yaxşı şeyi görürsünüz. Mən cəsarətlə danışıram və başqalarının nə düşündüyünə əhəmiyyət vermirəm. Amma bu şəhərdə (Hollivudda) belə danışsan, nə Oskar qazana bilərsən, nə də dəvət olunduğun ziyafətlərdə parlayarsan.”

4300390

Teqlər: Oskar ، hollivud ، mükafat ، allah
captcha