“İQNA”-nın “Əl-Cəzirə” kanalına istinadla verdiyi xəbərə görə, Belçikanın xarici işlər naziri Maksim Provo bildirib ki, ölkəsi qarşıdakı BMT iclasında Fələstin dövlətini rəsmən tanıyacaq və eyni vaxtda İsrail dövlətinə qarşı sərt sanksiyalar tətbiq edəcək.
O deyib: “Avropa ilə İsrailin əməkdaşlığının dayandırılması tədbirlərinə müsbət səs vermək qərarına gəldik. Brüsselin bu mövqeyi son aylarda bəzi Avropa ölkələrinin başladığı prosesin davamıdır.”
Əgər bu qərar icra olunarsa, Belçika Təl-Əvivə qarşı məhdudiyyətlər və cəza tədbirlərini rəsmən tətbiq edəcəyini açıqlayan ilk Avropa ölkəsi olacaq. Bu qərar ölkədəki müxtəlif siyasi partiyaların təzyiqlərinin artması fonunda gündəmə gəlib.
Belçika hökuməti bundan öncə “Avropa Üfüqü” adlı tədqiqat proqramında İsraillə əməkdaşlığın dayandırılmasını dəstəklədiyini bəyan etmişdi.
Həmçinin Belçika Xarici İşlər Nazirliyi, sionist rejim kabinetində Qəzza şəhərinin işğalına dair planın təsdiqinə etiraz olaraq bu rejimin səfirini çağırmışdı.
4302876