IQNA

Moskva kitab sərgisində Quranın müxtəlif dillərdə təqdimatı

9:47 - September 07, 2025
Xəbər sayı: 3498817
İQNA - Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi bu ölkənin stendində 38-ci Moskva Beynəlxalq Kitab Sərgisində (2025) Quranın müxtəlif dillərə tərcümələrini ictimaiyyətin ixtiyarına verib.

“İQNA”-nın “Səudiyyə Ərəbistanı”nın rəsmi xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, bu stend Səudiyyə Ərəbistanının Qurani-Kərimə xidmət və onun dünya miqyasında nəşri istiqamətində Mədinədəki “Kral Fahd Quran Çap və Nəşr Mərkəzi” vasitəsilə həyata keçirdiyi fəaliyyətləri bu beynəlxalq tədbirdə təqdim edir.

Sərgi ziyarətçiləri həmçinin mərkəz tərəfindən nəşr olunan müxtəlif Quran nüsxələri ilə tanış olur. Bu nüsxələr müxtəlif ölçülərdə və 77-dən çox dünya dilinə tərcümə olunmuş şəkildə təqdim edilib.

Quranın çap mərhələlərinin nümayişi və Kral Fəhd Mərkəzində müasir çap texnologiyalarından istifadə olunması da Səudiyyə Ərəbistanının Moskva kitab sərgisindəki proqramlarının digər hissəsini təşkil edir.

Qeyd edək ki, bu mərkəz Quranın çapı və müxtəlif dillərə tərcüməsi vasitəsilə həm müsəlmanların, həm də ərəbdilli olmayanların Qurana çıxış imkanını təmin edən ən mühüm beynəlxalq İslam mərkəzlərindən biridir.

Xatırladaq ki, 38-ci Moskva Beynəlxalq Kitab Sərgisi və 3-cü Uşaq və Gənclər üçün Beynəlxalq Kitab Sərgisi 2025-ci ildə 3–7 sentyabr tarixlərində keçirilir. Tədbirdə Rusiyanın müxtəlif bölgələrindən və digər ölkələrdən, o cümlədən İrandan 300-dən çox nəşriyyat və kitab paylayıcısı iştirak edir.

Bu ilki sərginin fəxri qonağı Hindistandır. Hindistan stendində müasir texnologiyalar, süni intellekt və ölkənin mədəni müxtəlifliyinə həsr edilmiş 50-dən çox tədbir 70-dən artıq hindistanlı və rusiyalı mütəxəssisin iştirakı ilə keçirilir.

4303450

Teqlər: moskva ، kitab ، sərgi ، quran
captcha