IQNA

İraqın Səlahəddin vilayətində yeni Quran mərkəzi açıldı

11:55 - September 22, 2025
Xəbər sayı: 3498907
İQNA – Həzrət Abbas (ə) məqbərəsinin Elmi Quran Cəmiyyəti tərəfindən Səlahəddin vilayətinin Tuzxurmatu şəhərində yeni Quran mərkəzi açılıb.

“Kitabat.info” saytının xəbərinə görə, Həzrət Abbas (ə) məqbərəsinin Elmi Quran Cəmiyyətinə bağlı Nəcəf Quran Mərkəzi bu mərkəzin fəaliyyətlərinə nəzarət edəcək.

Nəcəf Quran Mərkəzinin direktoru mühəndis Mühənd əl-Miyali bu barədə deyib: “Həzrət Abbas (ə) məqbərəsinin yanaşması, onun sədri Ayətullah Seyid Əhməd əs-Safinin göstərişlərinə əsaslanaraq, bütün İraq boyunca hərtərəfli Quran mərkəzləri təsis etməkdir. Bu, ixtisaslaşmış Quran müəssisələri şəbəkəsinin genişləndirilməsi, Quran elmlərinin və Əhli-beyt (ə) təlimlərinin yayılması planının bir hissəsidir.”

O əlavə edib: “Çalışdıq ki, Tuzxurmatu mərkəzində elmi və hərtərəfli bir mühit formalaşdıraq və mərkəzi tədris zalları və bölmələrlə təchiz edək. Məqsədimiz cəmiyyətə ən yaxşı Quran xidmətlərini təqdim etməkdir.”

Bu münasibətlə çıxış edən yeni Tuzxurmatu Quran Mərkəzinin inzibati şöbə müdiri Seyid Əbdülhadi əl-Musevi bildirib: “Bu mərkəz müxtəlif proqramlar və kurslar – hifz, tilavət və təcvid hökmlərinin tədrisini təqdim edəcək. Məqsədimiz Quran və Əhli-beyt(ə) mədəniyyətinə bağlı, şüurlu Quran nəsli yetişdirməkdir.”

Açılış mərasimi ilahi nəğmələrin ifası, layihəyə dəstək verən bir qrup şəxsin təltif olunması və iştirakçıların Tuzxurmatu Quran Mərkəzinin bölmə və şöbələrini ziyarəti ilə müşayiət olunub.

 

4306120

captcha