“İQNA”-nın “Əl-Cəzirə” telekanalına istinadla verdiyi məlumata görə, Qəzzanın mühasirəsini yarmaq üzrə beynəlxalq komitə açıqlayıb ki, “Səmud” qlobal donanması hazırda Misirin “Mərsi Matruh” limanının şimalında yerləşir və Qəzzəyə çatmaq üçün 665 kilometr məsafəsi qalıb.
Komitənin sözlərinə görə, donanma təqribən 45 gəmidən ibarətdir və gözlənilir ki, qarşıdakı üç gün ərzində Qəzzə sahillərinə çatsın.
Son günlərdə onlarla gəmi qlobal “Səmud” donanmasının bir hissəsi olaraq mühasirəni yarmaq və xüsusilə tibbi avadanlıqlar olmaqla humanitar yardımları Qəzzə zolağına çatdırmaq məqsədilə yola çıxıblar.
Bu, ilk dəfədir ki, bu qədər çox sayda gəmi eyni vaxtda Qəzzə zolağına – 18 ildir İsrail rejiminin mühasirəsində yaşayan təqribən 2 milyon 400 min fələstinlinin məskunlaşdığı əraziyə doğru hərəkət edir.
Sionist rejimin hazırlığı
Digər tərəfdən, sionist mediası xəbər verib ki, rejim Qəzzə mühasirəsini yarmaq üçün yola çıxan donanma ilə qarşıdurma və gəmiləri ələ keçirmək məqsədilə “Şayetet 13” dəniz xüsusi təyinatlı dəstəsindən onlarla helikopter, yüzlərlə hərbçi və xüsusi dəniz komandolarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
4307743