IQNA

Həftənin mühüm Quran xəbərləri və hadisələri

“Zeynul-əsvat”; milli və beynəlxalq miqyasda axın yaradan bir hadisənin müjdəsi

11:14 - October 03, 2025
Xəbər sayı: 3498968
İQNA - Keçən həftə ilk dəfə keçirilən “Zeynul-əsvat” Quran müsabiqəsi, Quran sahəsində müxtəlif fənləri özündə birləşdirən belə bir rəqabət meydanının yaranması ilə gələcəkdə milli və beynəlxalq miqyasda axın yaradan bir hadisənin müjdəsini verdi.

“İQNA”-nın xəbərinə görə, ötən həftənin Qurana dair xəbərləri və hadisələri arasında Alul-Beyt (ə) İnstitutunun təşkil etdiyi ilk “Zeynul-əsvat” Quran müsabiqəsinin keçirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Bu müsabiqə oktyabrın 1-i və 2-si tarixlərində Müqəddəs Qum şəhərində yerləşən “Yavaran Mehdi” kompleksində keçirildi. Təcrübəli Quran ustadlarının, xüsusilə də texniki və icra işlərinin məsulu Abbas Səliminin bu tədbirdə iştirakı, gələcəkdə milli və beynəlxalq miqyasda Quran fəaliyyətləri üçün mühüm bir hadisənin başlanğıcı ola biləcəyini göstərdi. Burada həm bu tədbirin əsas başlıqlarına, həm də ötən həftənin digər Quran xəbərlərinə nəzər salaq:

Keçən həftə, sentyabrın 27-si, “İQNA” xəbər agentliyində “Zeynul-əsvaat” müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirildi. Müsabiqənin münsiflər heyətinin sədri Abbas Səlimi bu toplantıda bildirdi ki, ölkənin müxtəlif bölgələrindən gənc və yeniyetmə qarilər Qumda yarışacaqlar. Əsas məqsəd Quran elçilərini yetişdirmək və onları dünya miqyasında tanıtmaqdır.

İlk dəfə “Zeynul-əsvat” Quran müsabiqəsinin münsiflərinin adları açıqlanıb

Ötən həftə keçirilən bu müsabiqə zamanı bildirildi ki, 21 Quran mütəxəssisi və təcrübəli ustad, Abbas Səliminin rəhbərliyi ilə yarışın texniki və icra məsələlərinə nəzarət edəcəklər.

“Zeynul-əsvat” müsabiqəsinin beynəlxalq mərhələsinin keçiriləcəyi müjdələndi

Alul-Beyt (ə) İnstitutunun rəhbəri Məhəmməd Mehdi İslami bu yarışın ərəfəsində ümidvar olduğunu bildirdi ki, gələcəkdə “Zeynul-əsvat” beynəlxalq səviyyədə də keçiriləcək.

“Zeynul-əsvat” müsabiqəsinin mükafatlarının məbləği açıqlandı

Təşkilatçıların sözlərinə görə, Alul-Beyt (ə) İnstitutu tərəfindən keçirilən ilk “Zeynul-əsvat” Quran müsabiqəsinin qalibləri üçün müxtəlif bölmələrdə ümumilikdə təxminən bir milyard tümən mükafat nəzərdə tutulub.

“Zeynul-əsvat” bağlanış mərasimində höccətül-İslam Xamuşiyə ehtiram

Oktyabrın 2-si Qum şəhərində keçirilən bağlanış mərasimində Quran sahəsində 40 ildən artıq fəaliyyətinə görə Vəqflər və Xeyriyyə İşləri Təşkilatının sədri Höccətül-İslam Seyyid Mehdi Xamuşiyə ehtiram göstərildi.

“Zeynul-əsvat” ölkə üzrə müsabiqəsinin bağlanış mərasimi Qumda

Bağlanış mərasimi 2 oktyabr tarixində Qum şəhərində yerləşən Ayətullah Məkarim Şirazi Mədəniyyət Kompleksinin İmam Kazım (ə) zalında keçirildi və qaliblər təltif olundu.

İlk “Zeynul-əsvat” müsabiqəsinin qalibləri açıqlandı

2 oktyabr tarixində keçirilən bağlanış mərasimində bu yarışın qaliblərinin adları elan olundu və onlara ehtiram göstərildi.

4308450

captcha