“İQNA”-nın “twaslnews” saytına istinadən verdiyi xəbərə görə, Paris Beynəlxalq Universitetlər şəhərciyində yerləşən Misir Evi bu toplantıya ev sahibliyi edəcək və tədbir oktyabrın 25-dək davam edəcək.
Forum ərəb yazıçıları, ədibləri və mütəfəkkirlərinin iştirakı ilə keçiriləcək və açılış mərasimində Misirin Fransadakı səfiri Alaa Yusuf çıxış edəcək.
Bundan sonra Fələstinin Fransadakı səfiri Həla Əbu Hısirah forumun fəxri qonağı kimi çıxış edəcək və Fransanın Fələstin dövlətini tanıması, həmçinin Qəzza zolağında müharibənin dayandırılması münasibətilə nitq söyləyəcək.
Açılış mərasimində ərəb mədəniyyətinin rəngarəngliyini əks etdirən müxtəlif mədəni və bədii proqramlar, o cümlədən şeir axşamları təqdim olunacaq, kitablar və ən son nəşrlər tanıdılacaq və imzalanacaq.
Forumda Misir, Tunis, Mərakeş, Əlcəzair, Livan, Suriya, İraq, Səudiyyə Ərəbistanı və Sudandan olan 60 yazıçı, şair və roman müəllifi, həmçinin Sudandan və Tunisdən olan ərəb nəşriyyatları iştirak edəcəklər.
Tədbir çərçivəsində müxtəlif mədəni fəaliyyətlər – seminarlar, ədəbi toplantılar, yeni nəşrlərin təqdimatı və imza mərasimləri, roman, şeir, hekayə və elmi tədqiqat kitabları haqqında müzakirələr, həmçinin ərəb yazıçılarına həsr olunmuş xüsusi sessiyalar keçiriləcək.
Növbəti şənbə günü, yəni noyabrın 3-də (forumun son günündə) “Qəzza müharibəsi zamanı şəhid olan media nümayəndələri” mövzusunda seminar təşkil olunacaq və son iki ildə şəhid olmuş təxminən 252 kişi və qadın fələstinli jurnalist haqqında yazılmış sənədli “Rəvayətin qətli haqqında” adlı kitabın təqdimatı keçiriləcək.
İkinci “Fransa Ərəb Beynəlxalq Kitab Forumu” fələstinli “Ət-Türas” musiqi qrupunun (rəhbər: Zeyd Teem) ifasında keçiriləcək bədii gecə və iştirakçıların, təşkilatçıların təltif olunması ilə başa çatacaq.
4311404