“Anadolu” agentliyinin verdiyi məlumata görə, 157 illik tarixi olan Cümə məscidi Azərbaycan rəsmiləri tərəfindən bərpa edilib.
1992-ci ildə ermənilər tərəfindən işğal edilən bu tarixi məscidin minarələrindən müşahidə qülləsi kimi istifadə olunub.
Ərazi azad edildikdən sonra Azərbaycan rəsmiləri 157 illik bu məscidi bərpa edib və bu il onu ziyarət və namaz üçün yenidən açıb.
Tur bələdçisi Eldar Kərimov “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, bu məscid 1868-ci ildə azərbaycanlı memar Qarabağlı Səfi xan tərəfindən inşa edilib.
Kərimov əlavə edib: “Bu bölgə və məscid 1992–1993-cü illərdə işğal olunmuşdu, 2020-ci ildə isə Azərbaycan ordusu Qarabağ və Ağdamı azad etdi.”
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Qarabağdakı işğal olunmuş torpaqlarını azad etmək üçün əməliyyata başladı. 44 günlük şiddətli döyüşdən sonra Azərbaycan və Ermənistan atəşkəs barədə razılığa gəldilər və bu razılaşmaya əsasən, Bakı işğal olunmuş ərazilərin nəzarətini yenidən ələ aldı.
4315894