“İQNA-nın ən-Nəbadan verdiyi xəbərə görə, bu münasibətlə Misir Quran Radiosu Şeyx Husrinin nadir tilavətlərini və çıxışlarını yayımlayıb. Həmçinin radio rəhbəri İsmayıl Duveydar həmin gün Mahmud Xəlil əl-Husrinin qızı Yasmin əl-Husəri və həkim-qari Əhməd Nuaynaı studiyada qonaq edib.
Quran Radiosunun xüsusi proqramı Şeyx Husrinin həyatının ən mühüm məqamlarını və onun Qurana bağlı ömrünü təqdim etməyə həsr olunub və ilk dəfə efirə gedən bu misirli qarinin nadir görüntü və səslərindən ibarət olub.
Bu kontekstdə Misir Vəqflər Nazirliyi də Mahmud Xəlil əl-Husrinin vəfatının ildönümünü yad edib və rəsmi bəyanatında vurğulayıb: “Şeyx Husrinin xatirəsinin əziz tutulması Quran əhlini uca tutmaq və Allahın kitabına xidmət etmiş tilavət nümunələrinə ehtiram göstərmək yolunda həyata keçirilir.”
Misir Quran Radiosunun Şeyx əl-Husrinin vəfat ildönümü münasibətilə xüsusi proqramından görüntü

(Soldan sağa: Əhməd Nuayna — misirli həkim-qari; İsmayıl Duveydar — Misir Quran Radiosunun rəhbəri; Yasmin əl-Husri — Mahmud Xəlil əl-Husrinin qızı)
Bəyanatda belə qeyd olunur: “Bu anım tədbiri, 'Tilavət Dövləti' layihəsinin davam etdirilməsi üçün yenilənmiş bir əhdin ifadəsidir. Layihənin məqsədi, düzgün və qaydalı tilavəti icra etmək missiyasını daşıyan, qiraət məharəti və mənəviyyat kimi dəyərləri təcəssüm etdirən yeni və qlobal bir qari nəslinin yetişdirilməsidir.”
Qeyd edək ki, Mahmud Xəlil əl-Husri 1917-ci ildə Misirin Qərbiyə vilayətində yerləşən “Şubra əl-Nəmilə” kəndində anadan olub. O, 10 yaşında bütün Quranı əzbərləyib. “Husri” ləqəbi ona, çətir (həsir) toxuculuğunda çalışan atasına görə verilib.
Onun Qurani-Kərim yolculuğu Tanta şəhərindəki “Seyydi Əhməd əl-Bədəvi” Quran mərkəzində başlayıb. Daha sonra 1944-cü ildə Misir Radiosuna qoşularaq tilavət, mütaliə və qiraətin təshihi sahəsində Qurana xidmət edib. Onun ən böyük nailiyyəti Qurani-Kərimin mərattil şəkildə audio yazdırılması olub və bu tilavət ilk dəfə 1961-ci il, sentyabrın 18-də, bazar ertəsi günü yayımlanıb.
Bu məşhur misirli qari 1980-ci ildə uzun illər Quran yolunda xidmət etdikdən sonra dünyasını dəyişib.
4319157