IQNA

Efiopiyada Qurani-Kərim və Hədisi Nəbəvi hifzi üzrə yarışların başa çatması

11:59 - December 18, 2025
Xəbər sayı: 3499426
İQNA – Üçüncü ümummilli Qurani-Kərim və Hədisi Nəbəvi hifzi yarışları bu ölkənin paytaxtı Addis-Ababada keçirilən mərasimlə başa çatdı.

“İQNA”-nın “fanamc.com” saytına istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Efiopiyadakı səfirliyinin mədəniyyət attaşesi 2025-ci il (1447 hicri) üçün təşkil olunan üçüncü Qurani-Kərim və Hədisi Nəbəvi hifzi yarışlarının bağlanış mərasimini 15 dekabr, bazar ertəsi günü keçirib. Yarışlarda qadınların və kişilərin geniş iştirakı müşahidə olunub. 

Səudiyyə Ərəbistanı səfirliyinin işlər üzrə müvəkkili mərasimdə çıxış edərək bildirib ki, bu yarışlar Səudiyyə Ərəbistanının Qurana və Peyğəmbər sünnəsinə xidmət istiqamətində davamlı səylərinin bir hissəsi olaraq təşkil olunub və bu ölkə Qurani-Kərimin və sünnənin dünyada yayılması və tədrisinə böyük önəm verir. 

O əlavə edib ki, Qurani-Kərimin çapı və tərcüməsi, daxili və beynəlxalq Quran yarışlarının təşkili, elmi müəssisələrin dəstəklənməsi və İslam təlimlərinin yayılmasında müasir texnologiyalardan istifadə Səudiyyə Ərəbistanının Qurana xidmət istiqamətində gördüyü fəaliyyətlərdəndir. 

Daha sonra Efiopiya İslam İşləri Ali Şurasının sədri nümayəndəsi Şeyx İdris Əli çıxış edərək bildirib ki, bu yarışlar Efiopiya səviyyəsində mühüm bir addımdır və daxili və beynəlxalq yarışlarda yüksək nəticə əldə edənlər burada iştirak ediblər. 

Səudiyyə Ərəbistanının Efiopiyadakı səfirliyinin mədəniyyət attaşesi Saud əl-Mutairinin sözlərinə görə, bu tədbirin Quran yarışlarında 543 nəfər qadın və kişi dörd sahə üzrə iştirak edib, Hədisi Nəbəvi bölməsində isə 182 nəfər (qadın və kişi) dörd sahə üzrə yarışıb və nəticədə 47 nəfər ən yüksək yerləri qazanıb. 

O bildirib ki, qaliblərə mükafatlar və fəxri diplomlar təqdim olunub, Qurani-Kərim yarışlarının birinci sahəsində birinci yeri tutan iki nəfərə isə ümrə ziyarəti üçün biletlər hədiyyə edilib. 

Əl-Mutairi həmçinin qeyd edib ki, bu illik yarışların mədəniyyət attaşesinin məqsədi iştirakçıları beynəlxalq Quran yarışlarına hazırlamaqdır. Ötən ilki yarışların qalibləri Səudiyyə Ərəbistanında keçirilən Kral Əbdüləziz beynəlxalq Quran yarışında və Afrikada təşkil olunan “Kral Salman” yarışında yüksək nəticələr əldə ediblər. 

4323524

Teqlər: efiopiya ، quran ، hədis ، hifz ، müsabiqə
captcha